+99412 4804359 +99450 2916611

HAQQIMIZDA

2001 ci ildən əsası qoyulan Elcom Group Company, 15 ildən artıqdır ki,Bakıda qrafik dizayn və reklam sahəsində xidmət göstərir.Bütün bu illər ərzində biz, yaratdığımız güclü portfel əsasında Bakıda və regionlarda uzun müddətdir bizimlə çalışan müştərilər əldə etmişik. Biz bu müddət ərzində hər bir müştərimizin praktikasında böyük məmnuniyyətlə tətbiq edə biləcəyi uğur reseptlərini tapmışıq.Şirkətimiz sizə təkcə ən sadə və optimal həll yollarını deyil, həm də mürəkkəb və qeyri adi sifarişlərin öhdəsindən necə gəldiyini də təklif edə bilər. Hər şeydən əvvəl biz müştərilərimizin layihələri ilə effektiv şəkildə maraqlanaraq onları rəqibləri ilə eyni səviyyədə qoymuruq. Elcom Group Company çap və istehsalın hazırlanması üçün özünün yüksək texlanogiyalarla hazırlanma emalatxanasına malikdir.

Yüz illər ərzində dünyada reklamın əsas məqsədi dəyişməz qalır-və bu hər zaman Satıcı ilə Alıcını görüşdürür. Formalar eyni olsa belə biznes hədiyyələr hər hansısa bir məcburiyyəti xarakteri daşımır.Bəzən xüsusi qayğı ilə orijinal və faydalı hazırlanmış bir suvenirə potensial bir alıcı “təşəkkür edirəm” deyər. Nəticədə Satıcı ilə uzun müddətli əməkdaşlığın təməli qoyular. Məhz elə bu amilləri nəzərə alaraq Elcom Group Company müştərilərinin müsbət və parlaq imicinə uyğun gələn promo məhsulların,müxtəlif növ çap işlərinin və hədiyyə dəstlərinin hazırlamasında peşəkarcasına ixtisaslaşıb.